Bakı. Trend:
Bakıda mənzildən kişi meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açmış və orada aşkarlanan 1929-cu il təvəllüdlü Qədirliyeva Züleyxa Yusifna qızının cəsədini aidiyyəti üzrə təhvil verib.
Əməliyyat başa çatıb.