...

Maştağada qayınatasını qətlə yetirən şəxs tutulub

Hadisə Materials 23 Aprel 2018 12:42 (UTC +04:00)
Maştağada qayınatasını qətlə yetirən şəxs tutulub
Maştağada qayınatasını qətlə yetirən şəxs tutulub

Bakı. Trend:

Maştağada qayınatasını qətlə yetirən şəxs tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti