...

Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb - FOTO

Hadisə Materials 28 Aprel 2018 11:27 (UTC +04:00)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsinin qarşısı alınıb - FOTO

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına spirtli maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Həsənov Rahib Nüdrət oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Ağcabədi rayon sakini Həsənov Samiq Nüdrət oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən çantasında olan “Coca-Cola” qabında spirtli maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti