Türkiyədə yenə zəlzələ oldu - 4,2 bal

Hadisə Xəbər 1 May 2018 10:10 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbindəki Muğla əyalətində zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar 4,2 bal gücündə qeydə alınıb.

İlkin məlumata görə, zəlzələ nəticəsində xəsarət alan olmayıb. Dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, aprelin 14-də Adıyaman əyalətində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 39 nəfər xəsarət almışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti