...

DİN: 93 cinayət faktı qeydə alınıb

Hadisə Materials 2 May 2018 09:40
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb.
DİN: 93 cinayət faktı qeydə alınıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 22-i “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti