...

DİN: 3 kiloqramadək narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 8 May 2018 14:42 (UTC +04:00)
Polis əməkdaşları tərəfindən 3 kiloqramadək narkotik vasitə aşkar edilərək götürülüb.
DİN: 3 kiloqramadək narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən 3 kiloqramadək narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Saleh Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana, tiryək və metamfetamin aşkar edilib.

Nəqliyyatda Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Lənkəran şəhər sakini Ramil Əsədovdan 8 qramdan çox heroin, 102 qramdan artıq tiryək, həmçinin metamfetamin və 16 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qramdan artıq marixuana, “Lada” markalı avtomobilindən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti