...

Qubada xalça oğrusu saxlanılıb (FOTO)

Hadisə Materials 11 May 2018 16:18 (UTC +04:00)
Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.
Qubada xalça oğrusu saxlanılıb (FOTO)

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub. Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.

Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti