...

Bakıda yaşayış binasında yanğın olub, 40 nəfər təxliyə edilib

Hadisə Materials 13 May 2018 21:54 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda yaşayış binasında yanğın olub, 40 nəfər təxliyə edilib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.

Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti