...

Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb

Hadisə Materials 17 May 2018 11:45 (UTC +04:00)
Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb.
Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb

Bakı. Trend:

Sabirabad sakinində narkotik vasitə və silah aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti