...

Paytaxtın mərkəzində 2 göyrüş ağacının kəsilməsi faktı aşkarlandı

Hadisə Materials 30 May 2018 14:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Paytaxtın mərkəzində 2 göyrüş ağacının kəsilməsi faktı aşkarlandı

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş 40 sm diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti