...

Səhiyyə Nazirliyi: Bakı-Qazax yolundakı qəzada 18 nəfər yaralanıb, vəziyyətləri ağır deyil

Hadisə Materials 1 İyun 2018 13:19 (UTC +04:00)
Bakı-Qazax yolunda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyi: Bakı-Qazax yolundakı qəzada 18 nəfər yaralanıb, vəziyyətləri ağır deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı-Qazax yolunda sərnişin avtobusunun “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşması nəticəsində ilkin məlumatlara əsasən 18 nəfər xəsarət alıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, xəsarət alanların vəziyyəti ağır deyil. Mətbuat xidmətinin məsləhətçisi bildirib ki, xəsarət alanlar Şirvan və Hacıqabul rayon Mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

S.Əhmədova əlavə edib ki, qəza baş verən kimi hadisə yerinə Şirvandan 4, Hacıqabuldan isə 3 təcili tibbi yardım maşını gəlib: "Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara çatdırılıblar. Qəza nəticəsində ölən olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti