...

Prokuror tikinti fırıldaqçılığında təqsirləndirilən şirkət rəhbərlərinə cəza istədi

Hadisə Materials 1 İyun 2018 14:56 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror tikinti fırıldaqçılığında təqsirləndirilən şirkət rəhbərlərinə cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Ç.Məmmədov "İdeal - V" tikinti şirkətinin direktoru, İ. Məmmədov isə şirkətin təsisçisi olarkən bina tikintisi ilə məşğul olublar və şirkətin inşa etdiyi binada bir mənzili bir neçə nəfərə satıblar. Zərərçəkmişlərə vurulan ziyanın 3 milyon manatdan çox olduğu bildirilir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti