...

Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 3 İyun 2018 13:03 (UTC +04:00)
Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb.
Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Mingəçevirdə qanunsuz silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata əsasən, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynov şəhər ərazisində şübhəli şəxs qismində saxlanılmış və Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla lüləsi kəsilmiş odlu silah və əlində olan sellofan torbadakı qutunun içərisindən 357 ədəd pulemyot gülləsi və 20 ədəd 7,62 mm-lik avtomat Kalaşnikov gülləsi aşkar olunaraq götürülüb.

Faktla bağlı şöbədə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti