...

Qusarda kanala düşən şəxsin meyiti tapılıb

Hadisə Materials 5 İyun 2018 14:56 (UTC +04:00)
Qusarda kanala düşən şəxsin meyiti tapılıb
Qusarda kanala düşən şəxsin meyiti tapılıb

Bakı. Trend:

Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, mayın 25-dən itkin düşən D.Nəbiyevin meyiti Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti