Bakı. Samir Əli - Trend:
Şamaxı rayonunda baş vermiş atışma ilə bağlı cinayət işi başlanıb.
Şamaxı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 6-da bir qrup şəxs arasında baş verib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, iyunun 6-da Şamaxı rayonu ərazisində adı istintaqa məlum olmayan bir qrup şəxs arasında silahlı insident baş verib. Hadisə nəticəsində yaralanan şəxslərin olduğu bildirilir.