...

Yaponiyada oteldə zəhərlənmə - 71 nəfər xəstəxanaya yerləşdirildi

Hadisə Materials 16 İyun 2018 11:11 (UTC +04:00)
Yaponiyanın Kioto şəhərində yerləşən otellərdən birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Yaponiyada oteldə zəhərlənmə - 71 nəfər xəstəxanaya yerləşdirildi

Bakı. Trend:

Yaponiyanın Kioto şəhərində yerləşən otellərdən birində kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Trend-in məlumatına görə, otelin 71 sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında İbaraki prefekturasından ekskursiyaya gələn məktəblilərin də olduğu bildirilir. Hazırda xəstəxanalarda 19 məktəbli müalicəsini davam etdirir.

Kütləvi zəhərlənmə baş verən oteldə yoxlama aparılır, polislər araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti