...

Şirvan sakini öz həmyerlisini qətlə yetirib

Hadisə Materials 23 İyun 2018 17:29 (UTC +04:00)
Şirvan şəhər sakini Abbas Abbasovu bıçaqla qətlə yetirmiş Əziz İbadov saxlanılıb
Şirvan sakini öz həmyerlisini qətlə yetirib

Bakı. Trend:

Şirvan sakini öz həmyerlisini qətlə yetirib.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisə iyunun 22-də Şirvan şəhəri ərazisində baş verib.

Şəhər sakini Əziz İbadov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Abbas Abbasovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.İbadov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti