...

Oğuz sakini narkotik vasitə satarkən tutuldu (FOTO)

Hadisə Materials 28 İyun 2018 10:56 (UTC +04:00)
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Oğuz sakini narkotik vasitə satarkən tutuldu (FOTO)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov narkotik vasitə olan qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı onun evindən sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti