Bakı. Samir Əli - Trend:
Tovuz rayonunda gənc oğlan xəsarət alıb.
Trend-in məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
Kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Vasif Mətləb oğlu sağ böyrəküstü nahiyənin kəsilmiş-deşilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya tibbi yardım göstərilib.
Yaralı bildirib ki, o yıxılaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.