...

Xəzərdə batan 3 nəfərdən ikisinin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 6 İyul 2018 20:16 (UTC +04:00)
Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlu kişi meyiti tapılıb.
Xəzərdə batan 3 nəfərdən ikisinin meyiti tapılıb (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki naməlu kişi meyiti tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi meyiti aşkarlanıb.

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəxsiyyətləri dəqiqləşdirilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir.

XXX

18:47

Xəzərdə 3 nəfər batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti