...

Qazaxda yol qəzası - Çoban xəstəxanaya düşdü, 57 baş qoyun tələf oldu

Hadisə Materials 10 İyul 2018 10:50 (UTC +04:00)
Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib
Qazaxda yol qəzası - Çoban xəstəxanaya düşdü, 57 baş qoyun tələf oldu

Bakı. Samir Əli - Trend:

Qazax rayonunda 1 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub.

Qəza nəticəsində A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti