...

Balakəndə həyətyanı sahədə silah və narkotik vasitə aşkarlanıb (FOTO)

Hadisə Materials 31 İyul 2018 10:47 (UTC +04:00)
Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatları və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.
Balakəndə həyətyanı sahədə silah və narkotik vasitə aşkarlanıb (FOTO)

Bakı. Trend:

Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatları və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti