...

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 7 Avqust 2018 12:23 (UTC +04:00)
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

DGK-dan Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti