...

Xırdalanda yolu keçən piyadanı maşın vurub öldürdü

Hadisə Materials 13 Avqust 2018 18:31 (UTC +04:00)
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Xırdalanda yolu keçən piyadanı maşın vurub öldürdü

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 11-də saat 23 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saatlı rayon sakini Elçin Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Murtuzəli Güləliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti