...

Balakəndə naməlum şəraitdə itkin düşən şəxsin axtarışları davam edir

Hadisə Materials 13 Avqust 2018 20:40 (UTC +04:00)
68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək.
Balakəndə naməlum şəraitdə itkin düşən şəxsin axtarışları davam edir

Bakı. Trend:

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 68 yaşlı Ramazanov Süleyman Müslüm oğlunun axtarışları sabah davam etdiriləcək.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu gün səhər saatlarında başlanan və axşamadək davam edən axtarışlar əsasən çayətrafı ərazilərdə aparılıb.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Süleyman Ramazanov avqustun 10-da itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti