...

İsveçdə kəskin bağırsaq infeksiyası qeydə alınıb

Hadisə Materials 16 Avqust 2018 20:19 (UTC +04:00)
İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub
İsveçdə kəskin bağırsaq infeksiyası qeydə alınıb

Bakı. Trend:

İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub.

Trend-in məlumatına görə, ən çox yoluxma halı paytaxt Stokholm yaxınlığındakı Upsala şəhərində və qərbi İsveçdə qeydə alınıb.

Yoluxanlar arasında həm böyüklərin, həm də uşaqların olduğu deyilir.

İlkin ehtimallara əsasən, yoluxma sakinlərin yerli su hövzələrinin birində çimməsi nəticəsində baş verib.

Həkimlər daha 50 nəfərin bu xəstəliyə yoluxa bilmə ehtimalı ilə nəzarətə götürüldüyünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti