...

İki evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 5 Sentyabr 2018 12:44 (UTC +04:00)
İki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Muradov saxlanılıb
İki evdən qızıl əşyalar oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Masallı RPŞ, Sabunçu RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki evdən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Teyyub Muradov Sumqayıt şəhəri ərazisində saxlanılmışdır.

DİN-dən Trend-ə verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 18-də Masallı rayonunun Səmidxan kəndindəki evlərin birindən 300 manat, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti