...

Ağdaşda QƏZA - Avtomobili yol kənarındakı kanala aşdı

Hadisə Materials 8 Sentyabr 2018 09:37 (UTC +04:00)
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağdaşda QƏZA - Avtomobili yol kənarındakı kanala aşdı

Bakı. Trend:

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ilə bağlı Trend-ə FHN-dən bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı kanala aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti