...

Bakıda tanışını taxta parçası ilə qətlə yetirən şəxs tutulub

Hadisə Materials 12 Sentyabr 2018 12:54 (UTC +04:00)
Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi qətlə yetirməkdə şübhəli bilinən Bahadur Cəfərov saxlanılıb
Bakıda tanışını taxta parçası ilə qətlə yetirən şəxs tutulub

Bakı. Samir Əli - Trend:

Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

DİN-dən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti