...

Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü

Hadisə Materials 12 Sentyabr 2018 21:07 (UTC +04:00)
Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.
Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü

Bakı. Samir Əli - Trend:

Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib.

Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.

O, dərhal meyiti 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə edilmək üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti