...

Yevlaxda avtomobillə vurulan piyada ölüb

Hadisə Materials 13 Sentyabr 2018 13:23 (UTC +04:00)
Yevlaxda avtomobillə vurulan piyada ölüb.
Yevlaxda avtomobillə vurulan piyada ölüb

Bakı. Trend:

Yevlaxda avtomobillə vurulan piyada ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 12-də saat 20 radələrində Yevlax şəhərinin ərazisində Bərdə rayon sakini Sadiq Nəbiyev idarə etdiyi “VAZ-21101” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub və zərbədən həmin şəxs yolun əks istiqamətində hərəkətdə olan Ağdam rayon sakini Savalan Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə dəymiş və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti