...

Binəqədidə çoxmərtəbəli binada yanğın baş verib

Hadisə Materials 13 Sentyabr 2018 13:26 (UTC +04:00)
Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verib.
Binəqədidə çoxmərtəbəli binada yanğın baş verib

Bakı. Trend:

Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 122 kv.m olan 3 otaqlı mənzilin eyvanında dolab, məişət əşyaları, pəncərə 5 kv.m sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Yüksək temperaturdan yuxarı mərtəbədə yerləşən mənzilin eyvanında pəncərə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti