...

Prokuror Şamaxıda ögey anasını öldürənin məcburi müalicəyə göndərilməsini istədi

Hadisə Materials 14 Sentyabr 2018 17:33 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror Şamaxıda ögey anasını öldürənin məcburi müalicəyə göndərilməsini istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.

Dövlət ittihamçısı R.Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixiatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib.

Proses sentyabrın 21-dək təxirə salınıb.

Qeyd edək ki, ötən il Şamaxı şəhərində şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub.

Axtarış zamanı Badam Bağırovanın meyiti həyətindəki köhnə su quyusundan tapılıb. Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən Hacı Bağırovun birinci nikahından olan oğlu, 1958-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib, onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti