...

Naftalanda evdən dəyəri 11 min manatdan artıq olan qızıl əşyalar oğurlanıb

Hadisə Materials 1 Oktyabr 2018 12:53 (UTC +04:00)
Naftalan rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Naftalanda evdən dəyəri 11 min manatdan artıq olan qızıl əşyalar oğurlanıb

Bakı. Trend:

Naftalanda evdən 11 min manatdan artıq dəyəri olan qızıl əşyalar oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Naftalan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də rayon ərazisindəki evlərin birindən 3.500 manat, 200 ABŞ dolları və 120 lari, habelə 11.110 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Səbuhi Səmədov və Ruslan Əsgərov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti