...

FHN Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 8 Oktyabr 2018 13:24 (UTC +04:00)
Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.
FHN Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Qəbələ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində ev 168 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Suriya vətəndaşı, 1995-ci il təvəllüdlü Alhamidi Arvanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Həmçinin müxtəlif yanıq xəsarətləri almış altı nəfər Suriya vətəndaşı xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti