...

İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 8 Oktyabr 2018 16:26 (UTC +04:00)
2 ədəd kağız bükülüdə 0.376 qram narkotik vasitə - heroin aşkar olunub.
İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Aslanov Elşən Siyavuş oğluna tanışı Bakı şəhəri sakini Həsənov Aslan Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman içərisində olan şalvarın ətəklərinə tikilərək gizlədilmiş 2 ədəd kağız bükülüdə 0.376 qram narkotik vasitə - heroin aşkar olunub.

Cinayət Məcəlləsinin 181.2.1; 181.2.3 və 181.2.5-ci maddələrinə əsasən həbs edilmiş şəxs Nurullayev Bəhruz Radikoviçin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Qusar rayon sakini Daşdəmirov Mumin Marifoviçin üzərinə baxış keçirilən zaman cibində çəkisi 0.25 qram olan 4 ədəd çətənə tumu aşkar olunub.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti