Bakı. Trend:
Bakıda kafe və avtosauna yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 550 m² olan tikilinin (kafe və avtoyuma məntəqəsi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 350 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi və 1 ədəd “QAZ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.