...

Suraxanıda yolu keçən piyadanı avtomobil vurub öldürüb

Hadisə Materials 16 Oktyabr 2018 15:03 (UTC +04:00)
Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Suraxanıda yolu keçən piyadanı avtomobil vurub öldürüb

Bakı. Trend:

Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 15-də saat 20 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramal Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Vitaliy Anaşkini vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti