...

Sabunçuda avtobus piyadanı vurub öldürdü

Hadisə Materials 20 Oktyabr 2018 21:42 (UTC +04:00)
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Sabunçuda avtobus piyadanı vurub öldürdü

Bakı. Trend:

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti