...

AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib

Hadisə Materials 16 Noyabr 2018 16:15 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarəsinin uçuşuna heç bir təhlükə olmayıb
AZAL Moskva üzərində qeydə alınan insidenti şərh edib

Bakı. Taleh Mursaqulov - Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin təyyarəsinin uçuşuna heç bir təhlükə olmayıb.

Bunu Trend-ə ötən gün Moskva üzərində baş vermiş hadisəni şərh edərkən deyiblər.

Qeyd olunub ki, ötən gün “Domodedovo” hava limanından Penzaya uçan təyyarə Bakıdan “Vnukovo”ya hərəkət edən təyyarə ilə üz-üzə gəlib.

AZAL-ın təyyarəsi uçuş hündürlüyünü azaldarkən Penzaya hərəkət edən təyyarə hündürlüyünü artırmağa başlayıb. Lakin təyyarələr heç bir insident qeydə alınmadan təhlükəsiz şəkildə uçuşlarını davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti