...

Antalyada avtobus aşdı - Ölən və yaralananlar Suriya qaçqınlarıdır

Hadisə Materials 23 Noyabr 2018 11:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, qəza nəticəsində azı 1 nəfərin öldüyü, 26 nəfərin isə xəsarətlər aldığı deyilir.

Məlumata görə, xəsarət alanlar Suriya qaçqınları olub. Aralarında qadın və uşaqların olduğu bildirilir.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, təkcə ötən ay Türkiyədə 35 461 yol-nəqliyyat hadisəsi baş verib və bu qəzalarda 306 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti