...

Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb

Hadisə Materials 27 Noyabr 2018 14:15 (UTC +04:00)
Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb
Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb

Bakı. Trend:

Hacıqabulda orta məktəbdən oğurluq edənlər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə 2 ədəd hər birinin qiyməti 592 manat olan noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Oğurladıqları noutbuklar onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti