Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, İstanbul şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Aralarında qadın və uşaqların da olduğu yaralıların hamısı Türkiyə vətəndaşıdır. Onlar xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərin artacağı istisna olunmur.
Qəzanın səbəbləri araşdırılır.