...

Hacıqabulda yol qəzası - Ölən var

Hadisə Materials 7 Dekabr 2018 15:45 (UTC +04:00)
Hacıqabul şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda yol qəzası - Ölən var

Bakı. Trend:

Hacıqabul şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 6-da saat 15 radələrində Hacıqabul şəhərinin ərazisində şəhər sakinləri Amil Hüseynovun idarə etdiyi “VAZ-21015” və Balakərim Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü hadisə yerində ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti