...

BNA Xocahəsəndə baş verən qəzanın ilkin səbəbini açıqlayıb

Hadisə Materials 7 Dekabr 2018 21:58 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl Xocahəsən qəsəbəsində baş verən qəzanın ilkin səbəbini açıqlayıb.
BNA Xocahəsəndə baş verən qəzanın ilkin səbəbini açıqlayıb

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl Xocahəsən qəsəbəsində baş verən qəzanın ilkin səbəbini açıqlayıb.

"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb", - deyə Trend-ə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ilkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib: "Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti