...

Gəncədə ağır qəza - Ölən və xəsarət alanlar var

Hadisə Materials 7 Yanvar 2019 14:10 (UTC +04:00)
Gəncə şəhərinin Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə ağır qəza - Ölən və xəsarət alanlar var

Bakı. Trend:

Gəncə şəhərinin Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 6-da saat 1 radələrində Gəncə şəhərinin Xətai prospektində şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər xəstəxanaya yerləşdiriliblər.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti