...

Masallıda çörək sexi yanıb

Hadisə Materials 10 Yanvar 2019 18:43 (UTC +04:00)
Bitişik mağazalar yanğından mühafizə olunub.
Masallıda çörək sexi yanıb

Bakı. Trend:

Masallı rayonunda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 36 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Bildirilir ki, tikili çörək sexi kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti