...

DİN: Qubada yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Hadisə Materials 11 Yanvar 2019 13:36 (UTC +04:00)
Quba rayonu ərazisində “Ford Transit” və “VAZ-21010” markalı avtomobillər toqquşub
DİN: Qubada yol qəzasında 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Belə ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

DİN-dən Trend-ə verilən məlumata görə, R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti