...

İmişlidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Hadisə Materials 21 Yanvar 2019 15:07 (UTC +04:00)
İmişli rayonunun Yalavac kəndi ərazisində yoil-nəqliyyat hadisəsi baş verib.
İmişlidə iki avtomobil toqquşdu - Ölən və xəsarət alanlar var

Bakı. Trend:

İmişli rayonunun Yalavac kəndi ərazisində yoil-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 20-də saat 11 radələrində İmişli rayonunun Yalavac kəndi ərazisində Sarıxanlı kənd sakini Hidayət Allahverdiyevin idarə etdiyi “VAZ-21074” və Rəsullu kənd sakini Amil Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə H.Allahverdiyev hadisə yerində ölüb, 3 sərnişini xəstaxanaya yerləşdirilib.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti