...

Şəmkirdə su anbarının həyətindən oğurluğa cəhd olub

Hadisə Materials 24 Yanvar 2019 17:45 (UTC +04:00)
Şəmkirdə oğurluq cəhdinin qarşısı alınıb.
Şəmkirdə su anbarının həyətindən oğurluğa cəhd olub

Bakı. Trend:

Şəmkirdə oğurluq cəhdinin qarşısı alınıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndində Şəmkir çay su anbarının həyətindən 100 metr borunun oğurlanmasına cəhd göstərilib.

Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluğun qarşısı alınıb və hadisəni törədən şəxs saxlanılıb.

Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin kənd sakini

M.Məmmədov olduğu müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti